BÜDCƏYƏ ÖDƏMƏLƏR MÜƏYYƏN EDİLƏRKƏN ƏVƏZLƏŞDİRİLƏN ƏDV


budceye-odemeler-mueyyen-edilerken-evezlesdirilen-edv

Vergi məcəlləsi. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən   əvəzləşdirilən ƏDV.

         175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabina birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir.

         175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ODV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

          175.1.1. Hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndəril məsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliy yatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;

          Misal 160. ƏDV ödəyicisi olan müəssisə 590 manat (o cümlədən manat ƏDV) dəyərində mal almışdır.

          1-ci hal. Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim etmiş, həmin gün də 590 manat müassisa tərəfindən nağdsız qaydada ödənilmişdir (o cümlədən 90 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə)  Bu halda, müəssisə yanvar ayında 90  manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.

          2-ci hal. Alınmış mala görə satıcı tərəf 2020-ci ilin yanvar ayının 10-da elektron qaimə-faktura təqdim etmiş, malın tam dəyəri müəssisə tərəfindən fevral ayında nağdsız qaydada ödənilmişdir (o cümlədən 90  manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə) Bu halda, müəssisə fevral ayında 90 manat ƏDV məbləğini büdcə ilə avəzləşdirə bilər.

          3-cü hal. Alınmış malın tam dəyəri 2020-ci il yanvarın 10-da nağdsız qay dada ödənilmiş (o cümlədən 90  manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabı vasitəsilə), lakin satıcı tərəf fevral ayında elektron qaimə-faktura təqdim etmişdir. Bu halda, müəssisə fevral ayında 90 manat ƏDV məbləğini büdcə ilə avəzləşdirə bilər.

          4-cü hal. Alınmış malın tam dəyəri müəssisə tərəfindən avans olaraq 2020-ci ilin yanvar ayında nağdsız qaydada ödənilmiş (o cümlədən 90 manat ƏDV məbləği ƏDV-nin depozit hesabı vasitəsilə), satıcı tərəf isə mal satılan gün, yəni fevralın 4-də elektron qaimə-faktura təqdim etmişdir. Bu halda, müəssisə fevral ayında 90 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirə bilər.