GƏLİR VƏ XƏRC MEYARLARINDAN BİRİ MƏLUM OLMADIQDA , MƏNFƏƏTİN HESABLANMASI QAYDALARI


gelir-ve-xerc-meyarlarindan-biri-melum-olmadiqda-menfeetin-hesablanmasi-qaydalari

 

Gəlir və Xərc meyarlarından biri məlum olmadıqda , mənfəətin hesablanması qaydaları

 

        Qeyd. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları" təsdiq edilmişdir. Qaydalara görə aşağıdakı 2 halı nəzərdən keçirək:

 

         1-ci hal. Gəlir meyarı - xərclərin uçotu aparılmadıqda və ödəyicinin gəliri barədə məlumat olduqda, gəlir meyarından istifadə olunur. Bu zaman vergi ödəyicisinin mənfəəti (gəliri) şərti rentabellik norması 20 faiz qəbul edilməklə aşağıdakı qaydada hesablanır.

                                Mənfəət =  (Gəlir  : (100+ R) x R

           Burada, R- şərti rentabellik normasıdır.

 

 Misal 134. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından onun ümumi gəlirinin 150.000 manat olduğunu nəzərə alaraq nəzərə alınmadan] şərti rentabellik norması əsasında onun vergiya cəlb olunan mənfəətini müəyyən edin.

                          (150.000: 120) x 20 = 25.000 manat mənfəət

 

Misal 135. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından onun ümumi gəlirinin 150.000 manat olduğunu nəzərə alaraq [ƏDV nəzərə alınmadan] şərti rentabellik norması əsasında onun ödəməli olduğu mənfəət vergisinin məbləğini hesablayın.

                 (150.000: 120) x 20 = 25.000 manat

                            25.000 x 20% = 5.000 manat mənfəət vergisi

 

          2-ci hal. Xarc meyarı gəliri müəyyən etmək mümkün olmadıqda və xərc barədə məlumat olduqda tətbiq edilir. Bu zaman mənfəət (gəlir) aşağıdakı düstur vasitəsilə müəyyən edilir:

                                Mənfəət = (Xərc : 100) x R

 

Misal 136. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından onun ümumi xərclərinin 145.000 manat olduğunu nəzərə alaraq şərti rentabellik norması əsasında onun vergiyə cəlb olunan mənfəətini və mənfəət vergisini müəyyən edin.

 

Mənfəət:             (145.000: 100) x 20 = 29.000 manat

Mənfəət vergisi:    29.000 x 20% = 5.800 manat