GƏLİRDƏN ÇIXILMAYAN XƏRCLƏR


gelirden-cixilmayan-xercler

            Vergi məcəlləsi. Maddə 109. Gəlirdən çıxılmayan xərclər.

         109.1.  Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

         Maddə 143. Aktivlərin dəyəri. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər.(həmçinin vergi ödəyici sinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və (əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətlən dirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dǝyǝrini artıran digər xərclər daxil edilir.

         Aktivlər - təsərrufat subyektinə məxsus olan xususi əmlak və debitor hesabların cəmi, o cumlədən binalar, istehsal ehtiyatları, muştərilərin subyektə çatası (onların borc ohdəlikləri) və ya muəssisənin bilavasitə kassasında (xəzinəsində), yaxud bankın depozitində olan pul məbləği.   Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

        Misal 3. Hüquqi şəxs vergi ilində 5000 manat dəyərində əsas vəsait almış, ya həmin əsas vəsaitin gətirilməsinə 250 manat, quraşdırılmasına isə 75  manat xərc çəkmişdir. Çəkilən 5325(5000+250+75) manat xərc əsas vəsaitin dəyərini təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, onlar yalnız amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

 

        109.3. Əyləncə və yemək xərclərinin müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Resp. Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

        Qeyd. Nazirlər Kabinetinin Qərarına əsasən dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdir. Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin gündəlik xərc norması 2 manat məbləğində müəyyən edilmişdir

Misal 7. Müəssisə öz vəsaiti hesabına yeraltı işlərdə çalışan 4 nəfər işçisinə 5 gün ərzində 150 manatlıq müalicə-profilaktik yeməklər vermişdir. Xəzər dənizində üzən gəminin üzücü heyəti olan 6 nəfər işçisinə 12 gün ərzində 1400 manat yemək xərci vermiş və Xəzər dənizindən kənarda üzən gəminin üzücü heyəti olan 5 nəfər işçisinə 10 gün ərzində 900 dollar yemək xərci vermişdir. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək.

           5 x 2 x 4 =40

           12 x 15 x 6 =1.080

           10 x 15 x 5 =750 dollar

 

         109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:  Bakı şəhəri - 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan - 70 manat, ölkənin qalan şəhərləri və kəndləri - 65 manat. Əsas dəyişiklik ezamiyyə xərclərinin tanınmasına yanaşmada baş verib. 25 yanvar 2008-cü il tarixli 14 saylı Qərarın 1-ci bəndinə görə gündəlik ezamiyyə xərcləri normasının (ölkə daxilində) 80 faizini mehmanxana xərcləri təşkil edir.

 

         Misal 12. Gəncə şəhərində fəaliyyət göstərən müəssisə işçini 3 gün müddətinə Bakı şəhərinə ezam etmiş və ona ezamiyyə xərci kimi 310 manat vəsait vermişdir. Bu halda norma üzrə ezamiyyə xərci aşağıdakı kimi müəyyənləşdirilir:

       3 gün x 90 manat = 270 manat

Bu halda norma daxilində olan 270 manat ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hissə 40 manat (310-270) isə gəlirdən çıxılmır.