HESABLAMA METODU İLƏ GƏLİRİN VƏ XƏRCİN UÇOTU QAYDASI


hesablama-metodu-ile-gelirin-ve-xercin-ucotu-qaydasi

Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası.

          Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

          Misal 1. Hesablama metodu ilə uçotunu aparan vergi ödəyicisi özünə məxsus əmlakı ayda 5.000 man icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən hər ayın 3-nə qədər həmin ay üçün icarə haqqını ödəməlidir. İcarəyə götürən müəssisə sentyabr ayı üçün icarə haqqını həmin ayın 3-nə qədər ödəməli olduğu halda, vəsait çatışmazlığı ücbatından növbəti ilin yanvar ayının 10-da ödǝmişdir. Buna baxmayaraq icarəyə verən müəssisə sentyabr ayı üçün almalı olduğu 5.000 man məbləğində icarə haqqını həmin ay üçün öz gəlirinə daxil etməlidir.

 

        Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı.

        135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi ǝqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.

 

Misal 2. MMC hesablama metodu ilə uçot aparır və 2019-ci ilin dekabr ayında alıcıya müqavilədə göstərilən malı tam həcmdə göndərmişdir. Müqavilə şərtlərinə əsasən malın dəyəri 2019-ci ilin sonunadək ödənilməli olduğu təqdirdə alıcı tərəfindən ödənilməmişdir. Ödənilməməsindən asılı olmayaraq, satılmış malın dəyəri satıcı təşkilatda 2019-ci ilin dekabr ayında əldə edilmiş gəlir sayılır.

 

Qeyd. Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına üzrə bölüşdürülür.

 

Misal 3. Hesablama metodu ilə işləyən müəssisə özünə məxsus əmlakı ayda 10.000 manata 5 aylığa icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən hər ayın 5-nə qədər cari ay üçün icarə haqqını 2.000 manat olmaq şərti ilə ödəməlidir. İcarəyə götürən müəssisə sentyabr ayı üçün icarə haqqını hamin ayın 5-nə qədər ödəməli olduğu halda, vəsait çatışmazlığı ucbatından okt yabr ayının 10-da ödəmişdir. Buna baxmayaraq icarəyə verən müəssisə sentyabr ayı üçün almalı olduğu 2.000 manat məbləğində icarə haqqını həmin ay üçün öz gəlirlərinin tərkibinə daxil etməlidir. Müəssisə qalan məbləğləri aylara müvafiq hər ayın 5-i öz gəlirlərinin tərkibinə daxil etməlidir.

 

Maddə 136. Hesablama metodundan istifadə edilərkənxərcin çəkilməsi vaxtı daolo 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, qdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

136.1.1.vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir

136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir:

136.1.3. ǝqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müva fiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

 

Misal 131. Vergi ödəyicihesablama metodu ilə uçot aparır və ona məxsus olan binada cari təmir işləri aparmaq üçün təmir-tikinti təşkilatı ilə 2019-ci ilin iyun ayında müqavilə bağlanılmışdır. 3 ay müddətində təmir işləri başa çatdırılmış və 2019-ci ilin sentyabr ayının 8-də işlərin yerinə yetirilməsi barədə ikitərəfli qaydada akt imzalanmışdır. Akta əsasən təmir işlərinin dəyəri 200.000 manat (ƏDV-siz) qiymətləndirilmiş və həmin məbləğin ödənilməsi üçün təmir-tikinti təşkilatı tərəfindən sentyabr ayında vergi ödəyicisinə hesab- faktura təqdim olunmuşdur. Beləliklə, təmir işlərinin dəyərinin ödənilməsindən asılı olmayaraq 200.000 manat vergi ödəyicisinin 2019-ci ilin sentyabr ayında çəkilmiş xərci sayılır.