Maliyyə vəziyyəti və ya balans haqqında hesabat nədir ?


maliyye-veziyyeti-ve-ya-balans-haqqinda-hesabat-nedir

     Maliyyə hesabatları - mühasibat uçotu məlumatları əsasında hazırlanan müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə vahid məlumat sistemidir. Mühasibat uçotunun son məhsulu dedikdə, maliyyə hesabatı başa düşülür.

      Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda göstərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat subyektlərində maliyyə hesabatının tam məcmusu aşağıdakılardan ibarətdir:
1. Mühasibat balansı;
2. Mənfəət və zərərlər haqqında hesabat;
3. Kapitalda dəyişikliklər haqqında hesabat;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;.

     Mühasibat balansı hesabat tarixinə görə pul qiymətləndirməsində təşkilatın maliyyə vəziyyətini xarakterizə edir, hesabat dövrünün son gününə tərtib edilir.Balans iki hissədən ibarət bir cədvəldir. Balans necə bir hesabat forması kimi ayrıca cədvəldən ibarətdir. Müəssisənin mülkiyyətində olan eyni vəsait məbləğləri öz əksini həm aktivdə, həm də passivdə tapır.

    Balans maliyyə hesabatının aşağıdakı üç mühüm elementi haqqında miqdar informasiyalarını ümumiləşdirir və əks etdirir:
·Aktivlər
·Öhdəliklər
·Kapital

    Yeni mühasibat balansının “Aktivlər” hissəsi iki bölməni əhatə edir:
·uzunmüddətli aktivlər;
·qısamüddətli aktivlər.
     Balansın “Passiv” hissəsi isə üç bölmədən ibarətdir:
·kapital;
·uzunmüddətli öhdəliklər;
·qısamüddətli öhdəliklər.

      Hər bir təsərrüfat ilinin sonunda təşkilat balansla yanaşı illik mühasibat hesabatının tərkib hissəsi olan mənfəət və zərərlər haqqında hesabat tərtib etməlidir. Təşkilatların təsərrüfat fəaliyyətinin nəticələri həm balans, həm də mənfəət və zərərlər haqqında hesabat vasitəsilə hesablanır (ikili mühasibat prinsipi). Balans müəyyən vaxt anına, məsələn, hesabat tarixinə hesabat deməkdir.  Mənfəət və zərərlər haqqında hesabatda nəticələr hesabat ilinin gəlir və xərclərinin saldosu (qalığı) kimi hesablanır.  Mühasibat Uçotunun Milli Standartlarına görə hesablama metodunun tətbiqi hazırda üstünlük təşkil edir. Eyni zamanda kassa metodundan istifadə olunması da istisna olunmur. Qeyd etmək lazımdır ki, təşkilat eyni zamanda mənfəət və zərərin tanınmasında hər iki metoddan eyni vaxtda istifadə etmək hüququna malikdir.  Mənfəət və zərərlər  hesabının nümunəsi aşağıdakı cədvəldə verilmişdir.

Mənfəət və zərərlər haqqında hesabatın hesab formasında tərtib olunması

Xərclər

Gəlirlər

Kommersiya xərcəri

Əsas əməliyyat gəliri

İnzibati xərclər

Sair əməliyyat gəlirləri

Sair əməliyyat xərcləri

Fəaliyyətin dayandırılmasından mənfəət

Maliyyə xərcləri

Əməliyyat mənfəəti

Material xərcləri

Maliyyə gəliri

İşçi heyəti üzrə xərclər

 

Amortizasiya xərcləri

 

Ümumi mənfəət

 

 

 

 

Mənfəət və zərərlər haqqında hesabatın qalıq cədvəli formasında tərtibi

Satışdan ümumi gəlir
- Gəlirin azalması (skonto, güzəşt)

  Satışdan xalis gəlir
+ Ehtiyatların tərkibində artma
- Ehtiyatların tərkibində azalma

 Satışdan ümumi gəlir
- Satınalmaya, yaxud istehsala xərclər

 Ümumi mənfəət
– İdarəetmə xərcləri
– Kommersiya xərcləri

 Ümumi təsərrüfat fəaliyyətindən mənfəət
+ Sair gəlirlər
- Sair xərclər

 Hesabat ilinin mənfəəti
+ Keçən ilin mənfəəti, yaxud zərəri
- Mənfəətin istifadəsi

 Hesabat ilinin bölüşdürülməmiş mənfəəti

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, rüblük (yəni 3 aylıq) və ya aylıq).

 

MH6: Mənfəət və Zərər hesabatı - INNAB

 

Kapital dedikdə, bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktivlərinin dəyəri başa düşülür. Kapital aləti özlüyündə bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərində olan qalıq payını əks etdirən müqavilə deməkdir .

    Kapitalın uçotu aşağıdakı əməliyyatları nəzərdə tutur:
· müəssisənin yaradılmasını, səhmlərin buraxılmasını və ödənilməsini;
· yeni səhmlərin buraxılması və ya buraxılan səhmlərin geri alınması kimi müəssisə və səhmdarlar arasında baş verən sonrakı əməliyyatları;
· dividendlərin və onlara oxşar məbləğlərin ödənilməsini;
· kapital ehtiyatlarının yaradılmasını və istifadəsini;
· hesabat dövrü ərzində tanınan, lakin mənfəət və zərər haqqında hesabatda əks etdirilməyən kapitalın saxlanılması ilə bağlı düzəlişlərin tanınmasını;
· hesabat dövrünün xalis mənfəətinin bölüşdürülməmiş mənfəət
hesabına köçürülməsini.

     Mühasibat Balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda aşağıdakı komponentlər təqdim edilməlidir:
· ödənilmiş nizamnamə kapitalı;

· emissiya gəliri;
· geri alınmış kapital (səhmlər);
· bölüşdürülməmiş mənfəət

      Pul vəsaitlərinin hərəkəti haqqında hesabat maliyyə hesabatlarının başlıca formalarından biridir. Hesabatın bu formasında hesabat dövründə müəssisənin pul vəsaitlərinin mədaxil və məxaric olmaları haqqında informasiyalar cəmlənir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat balans hesabatını, eləcə də mənfəət və zərərlər haqqında hesabatı tamamlayır. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul daxilolmaları və ödənişləri üç əsas kateqoriyaya bölünür:
· əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri;
· investisiya fəaliyyətindən yaranan pul vəsaitləri;
· maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitləri.

      Pul vəsaitlərinin hərəkəti haqqında hesabatının qüvvədə olan formasına ən azı aşağıdakı maddələr və maddələr üzrə düzəlişlər, dəyişikliklər daxil edilməldir:
· hesabat dövründə xalis mənfəət və zərər
· aşağıdakı maddələr üzrə düzəlişlər:
1) azlıq təşkil edən mülkiyyətçilərin payı;
2) mənfəət vergisi üzrə xərclər;
3) qeyri-pul maddələri üzrə gəlirlər və xərclər;
4) investisiya fəaliyyətinə və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid
olan digər maddələr.
· aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:
1) ehtiyatlar;
2) əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri;
3) əməliyyat kreditor borcları və hesablaşmalar;
· ödənilmiş (qaytarılmış) mənfəət vergisi;
· əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti.