Material ehtiyatlarının maya dəyərinin hesablanma metodları hansılardır ?


material-ehtiyatlarinin-maya-deyerinin-hesablanma-metodlari-hansilardir

    İstehsal ehtiyatlarının ən mühüm formalarından biri materiallar sayılır. İstehsaldakı rolundan asılı olaraq materiallar aşağıdakı qruplara bölünür:

  • xammal və əsas materiallar;
  • köməkçi materiallar;
  • yanacaq;
  • ehtiyat hissələri;
  • tara və tara materialları;
  • alınmış yarımfabrikatlar;
  • sairə materiallar.

Material-istehsalat  ehtiyatları faktiki maya dəyəri ilə uçota alınır. Belə ki, bu material qiymətlilərin əldə edilməsinə çəkilən məsrəflərdən (əlavə dəyər vergisi müstəsna olmaqla), material-istehsalat ehtiyatlarını istifadə olunma vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclərdən ibarətdir.

Material-istehsalat ehtiyatları istehsalata və digər çıxışlar üçün buraxıldıqda onların qiymətləndirilməsi (satınalma qiyməti ilə uçota alınan mallardan başqa) aşağıdakı üsulların biri ilə aparılır : - hər bir vahidin maya dəyəri üzrə;

  1. Orta maya dəyəri üzrə (AVCO)
  2. Vaxta görə birinci alınan material-istehsalat ehtiyatlarının maya dəyəri üzrə (FİFO metodu)
  3. Vaxta görə sonuncu alınan material-istehsalat ehtiyatlarının maya dəyəri üzrə (LİFO metodu).

 

     Müəssisə material-istehsalat ehtiyatlarını orta maya dəyəri (AVCO) ilə qiymətləndirə bilər. Orta maya dəyərini müəyyən etmək üçün hər bir ehtiyat növünün (qrupun) ayın əvvəlinə olan qalığın üzərinə həmin ayda daxil olan material ehtiyatlarının maya dəyərini gəlmək və nəticəni onların miqdarına bölmək lazımdır.

Beynəlxalq mühasibat uçotu praktikasında tətbiq edilən, FİFO və LİFO metodları üzrə qiymətləndirmə aşağıdakı kimi aparılır

 Material qiymətlilərin qiymətləndirilməsinin FİFO metodunda qiymətləndirmə onlaran ilk dəyərləri üzrə aparalır. Bu metodda - "Birinci məsarifdə olan - birinci partiyanın mədaxilində olanla" qaydası tətbiq edilir, yəni sərf olunan material qiymətlilərin müəyyən ardıcıllıqla onların əldə edilmə qiymətləri üzrə qiymətləndirilir: əvvəlcə birinci partiyada alınmış qiymət üzrə materiallar məsarifə silinir, sonra ikinci, üçüncü -partiyada alınmış qiymət üzrə və beləliklə ümumi sərf olunan materialların miqdarı qurtarana qədər ardıcıllıqla materiallar məsarifə silinir. Partiyalarla daxil olan materialların qiymətləndirmə qaydası - faktiki sərf olunma ardıcıllığından asılı deyildir.

Material qiymətlilərin qiymətləndirilməsinin LİFO metodunda- "birinci sərf olunan- axırırıcı partiyada olan mədaxil ilə" qaydasından asılı olaraq bərpa dəyəri üzrə (cari qiymətlər üzrə) material qiymətliləri qiymətləndirilir. Anbardan verilən material qiymətliləri axırıncı əldə edilmə qiyməti üzrə, sonra ondan əvvəlki əldə edilmə qiyməti üzrə qiymətləndirilir və i.a. Lakin qiymətlilərln anbarda faktiki hərəkəti başqa cür ola bilər.

Qiymətləndirməni yaxşı başa düşmək üçün FİFO və LİFO metodu ilə istehsala sərf olunan materialların dəyərini hesablamaq və onun anbarda son qalığının qiymətləndirilməsi aşagıdakı misalda verilmişdir.

 

 

Miqdarı

ədədlə

Qiyməti

man

Məbləği man

Sentyabrın 1-nə qalıq

24

10

240

Birinci ongünlükdə daxil olub

50

10

500

İkinci ongünlükdə daxil olub

30

9

270

Üçüncü ongünlükdə daxil olub

60

8

480

Daxil olanların yekunu

140

-

1250

Ay ərzində sərf olunub

120

-

-

FİFO metodu üzrə qiymətləndirdikdə

-

-

1138

LİFO metodu üzrə qiymətləndirdikdə

-

-

1050

FIFO metodu üzrə qiymətləndirdikdə

oktyabrın 1-nə qalıq

44

8

352

LİFO metodu üzrə qiymətləndirdikdə oktyabrın 1-nə qalıq44

44

10

440

 

FİFO metodu üzrə sərf olunan materialların dəyərini ar­dıcıllıqla hesablanmasını izah  edək. Cəmi 120 ədəd material sərf olunub. Onlardan 74 ədədini (24+50) 10 man. ilə qiy­mət­ləndiririk, ümumi məbləğ 740 man. olur. Yerdə 46 vahid (120-74) qalır, onlardan 30-nu 9 manatla qiymət­lən­dirdikdə, məbləği 270 man. olur. Qalan 16 vahidini isə (46-30) 8 manat ilə qiymətləndirsək onda məbləği 128 man. olur. Beləliklə, ay ərzində sərf olunan 120 vahid materiallar 1138 man. (740+270+128) məbləğində qiymətləndirilmə­lidir.

LİFO metodu üzrə sərf olunan materialların (120) qiymətləndirilməsinin haqq-hesabını aparaq. Sərf olunan materiallardan 60 vahidini 8 manatla qiymətləndiririk , məbləği 480 man. olur. Sərf olunan materialdan qalan 60 vahidini aşağıdakı kimi qiymətləndiririk : 30 vahidi 9 man. ilə = 270 man. və 30 vahidi 10 man ilə =300 man. LİFO metodu ilə qiymətləndirmədə sərf olunan materialların dəyəri 1050 manata (480+270+ +300) bərabərdir.