TORPAQ, TİKİLİ VƏ AVADANLIQLARIN UÇOTU VƏ HESABATDA ƏKSİ


torpaq-tikili-ve-avadanliqlarin-ucotu-ve-hesabatda-eksi

      Torpaq, tikili və avadanlıqların uçotu və hesabatda əksi

       Yeni standartlara əsasən, əgər hər hansı bir aktivin, əmlakın dəyəri 100 manatdan aşağıdırsa, amma onun faydalı istifadə müddəti 1 ildən yuxarıdırsa, artıq  o “torpaq, tikili və avadanlıq” kimi uçota alına bilər.  Torpaq, tikili və avadanlıqlar müəssisə tərəfindən əldə edildikdə, ilkin dəyərlə uçota alınır. İlkin dəyər aktivin müəssisədə istifadəyə tam yararlı vəziyyətə gətirilməsi ilə bağlı olan birbaşa məsrəfləri əks etdirir. TTA-nın ilkin dəyərinə aşağıdakılar aid edilir:

-Alış qiyməti (ticarət endirimləri çıxılmaqla);

- İdxal rüsumları;

- Əvəzləşdirilməyən vergilər;

- Çatdırılma xərcləri;

- Yerin hazırlanması xərcləri;

- Quraşdırılma xərcləri;

- Yenidən quraşdırılma (demontaj) xərcləri;

- Testdən keçirmə xərcləri.

 

     Nümunə 1:  Xidmat sektorunda fəaliyyət göstərən şirkət, xarici ölkədən alınmış avadan liqla bağlı aşağıdakı xərcləri ödəmişdir (dollarla):

 - Avadanlığın alış dəyəri 10 000

 - Idxal rüsumları 1 200

 - Əvəzləşdirilməyən ƏDV  1 800

 - Müəssisəyə çatdırılma xərcləri 400

 - Avadanlığın yerinin hazırlanması 400

 - Quraşdırılma xərcləri 200

      Avadanlığın ilkin dəyəri nə qədər olacaq?

Cavab: Yuxarıda sadalanan bütün xərclər toplanaraq avdanlığın ilkin dəyərini əmələ gətirəcək.

 

Beləlikla, Avadanlığın ilkin dayari = 10000+1200+1800+440+400+200=14000

 

        Amortizasiya - uzunmüddətli aktivin dəyərinin istehsal olunan məhsulun, xidmətin və ya görülən işin üzərinə hissə-hissə köçməsidir. Yəni uzunmüd dətli aktiv bir neçə istehsal tsiklində iştirak etdiyindən onların dəyəri də hissələrə bölünərək, xərcə salınacaq.

      Əsas vəsaitlərə hər hesabat dövrünün sonunda amortizasi hesablanaraq, həmin dövrün Mənfəət və zərərlər haqqında hesabatında (MZHH-də) xərc kimi əks etdirilir. Amortizasiyanın mühasibat yazılışı aşağıdakı kimi qeyd olunur:

    Dt     Amortizasiya xərci

    Kt     Yığılmış amortizasiya

 

Yığılmış amortizasiya əks-aktiv hesab olub, əsas vəsaitlərin cəmi amortizasiya edilmiş məbləğini göstərir. İlk baxışdan "yığılmış amortizasiya" hesabı anlaşılmaz görünsə də, mahiyyəti çox sadədir. Belə ki, biz aktivdə əks olunan istənilən hesabın ilkin dəyərinin xərclərin təsiri ilə birbaşa azalmasını arzu etmək istəməsək, o zaman həmin hesaba əks bir hesab açıb xərci o hesabın kreditinə yaza bilərik. Nəticədə, biz aktivdə yerləşən hesabın həm ilkin dəyərinə, həm qalıq dəyərinə, həm də dövrlər üzrə xərclərə silinən (amortizasiya) hissəsinə nəzarət etmiş olarıq. Belə hesablara misal olaraq "Mallar" hesabına əks olan "Qaytarılan alış" hesabını, "Debitor borcuna əks olan "Şübhəli borclar" hesabını və s. göstərə bilərik.

 

      TTA balansdan silinmə halları aşağıdakılar ola bilər:

1) TTA-nın istismar müddəti başa çatdıqda;

2) TTA-nın istismar müddəti başa çatmadan əvvəl satılması, hədiyyə edilməsi, yararsız hala düşməsi və sair xaric olması baş verdikdə;

     TTA-nın satışı ilə əlaqədar balansdan silinmə halları TTA satıldıqda, satış qiyməti əsas vəsaitin qalıq dəyəri ilə müqayisə olunur. Bu zaman aşağıdakı 3 haldan biri yarana bilər:

1) Satış qiyməti əsas vəsaitin qalıq dəyərinə bərabərdir;

 

2) Satış qiyməti əsas vəsaitin qalıq dəyərindən böyükdür;

 

3) Satış qiyməti əsas vəsaitin qalıq dəyərindən kiçikdir.

 

        Amortizasiya faydalı istifadə müddətinə uyğun olaraq hər bir uçot dövründə aktivin dəyərinin ödənilməsidir. Məsələn, hər hansı bir nəqliyyat vasitəsi alındıqda, alınma dövründən baş layaraq 5 il müddətində istifadə olunub fayda gətirə bilər. Bu o deməkdir ki, həmin nəqliyyat vasitəsi istifadə olunduqca öz dəyərini 5 il ərzində tam ödəyəcəkdir. Ona görə də nəqliyyat vəsaitinin dəyərinin 1/5-i hər uçot dövründə xərc kimi tanınacaq.

     Beləliklə, amortizasiya aktivin dəyərinin hissə-hissə xərc şəklində ödənil məsidir. Amortizasiyanı müəyyən etmək üçün təcrübədə istifadə olunan metodlar aşağıdakılardır:

-Düz xətt metodu

-Funksional metodu

-Azalan qalıq metodu

-İllərin sayının cəmi

 Düz xətt metodu. Düz xətt metodunun tətbiqi üçün 3 mühüm göstəricini bilmək vacibdir.

1. Faydalı istifadə müddəti;

2. İlkin dəyəri;

3. Ləğvetmə dəyəri.

Düz xətt (bərabər paylanma) metodu ilə amortizasiya aşağıdakı düsturla hesablanır

 

 

                                      İlkin dəyər – Ləğv dəyəri

  Amortizasiya   =     ___________________________

                                        Faydalı istifadə müddəti

 

Misal. Müəssisə 25 000$ dəyərində yük avtomobili almışdır. Onun faydalı istifadə müddəti 5 ildir. Bazar araşdırması nəticəsində ehtimal olunur ki, 5 ildən sonra bu avtomobili 5000$ qiymətinə satmaq mümkündür. Ona görə də bu avtomobilin lağvetmə dəyərini əvvəlcədən 5000S məbləğində nəzərdə tutmaq olar. Nəticədə illik amortizasiya ayırmaları 4000$ təşkil edəcək.

                       

                                          25000 – 5000

Amortizasiya xərci =   _________________     = 4000 $

                                                 5 il

 

 

       Azalan qalıq metodu Beynəlxalq təcrübədə tətbiqinə görə ikinci yerdə azalan qalıq metodu dayanır. Bu metodla amortizasiyanın hesablanması avadanlığın qalıq dəyərin dən sabit faiz dərəcəsinin çıxılması yolu ilə müəyyən olunur. Düz xətt metodundan fərqli olaraq burada ləğvetmə dəyəri əvvəlcədən deyil, hesablamanın sonunda müəyyən edilir.

 

1 il :  Amortizasiya xərci = İlkin dəyər - Amortizasiya norması üzrə məbləğ =        Qalıq dəyəri

2 il:   Amortizasiya xərci = Qalıq dəyəri - Amortizasiya norması üzrə məbləğ =

Qalıq dəyəri

3 il:  Amortizasiya xərci = Qalıq dəyəri - Amortizasiya norması üzrə məbləğ =

Qalıq dəyəri

 

      Amortizasiya normaları aşağıdakı hədlər daxilində müəyyən edilir:

  • binalar və  onların struktur komponentləri – 5 faizə qədər;
  • qurğular və onların struktur komponentləri – 7 faizə qədər;
  • ötürücü qurğular və onların struktur komponentləri  9 faizə qədər;
  • maşın və avadanlıqlar -  13 faizə qədər;
  • nəqliyyat vasitələri 15 faizə qədər;
  • istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları – 25 faizə qədər;
  • torpaq sahələrinin yaxşılaşdırılması üzrə sərmayə  qoyuluşları , iş heyvanları, çoxillik əkmələr və digər əsas vəsaitlər (fondlar) – 25 faizə qədər.

           Torpaq, tikili və avadanlıqlar daxil olan zaman "Təhvil-təslim aktı" tərtib edilir. Quraşdırılması tələb olunan tikili və avadanlıqlar üçün quraşdırmaya gəbul aktı tərtib edilir, bu akta avadanlığın xüsusi sənədləri əlavə edilir. Quraşdırma bitdikdən sonra tikili və avadanlıqlar təhvil-təslim aktı ilə mədaxil olunur. Daxil olmuş tikili və avadanlıqlar müəssisənin anbarında da qala bilər, istifadə üçün istismara da verilə bilər. Tikili və avadanlıqların istismara verilməsi "Əsas vəsaitlərin istismara verilməsi AKT"-ı ilə sənədləşdirilir.