VERGİ TUTULAN DÖVRİYYƏNİN DƏQİQLƏŞDİRİLMƏSİ


vergi-tutulan-dovriyyenin-deqiqlesdirilmesi

Maddə 163. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi

 

 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;

Misal . Vergi ödəyicisi mart ayında alıcıya 23.600 manat dəyərində (o cümlədən 3.600 manat ODV) mal toqdim etmiş, malın dəyəri həmin ay vergi ödəyicisinin bank hesabına daxil olmuşdur. Lakin aprel ayında alıcı 5.900 manat (o cümlədən 900 manat ƏDV) məbləğində malı satıcıya geri qaytarmışdır. Bu halda alıcı və satıcı aprel ayındakı dövriyyələrinin məbləğini dəqiqləşdir məlidirlər. Satıcı mal təqdim edərkən ümumi məbləğə ODV hesabladığından, həmin malların qaytarılan hissəsinə düşən ƏDV məbləğini 900 manat bayanna mədə azaltmalı, alıcı isə qaytardığı mallara düşən büdcədən əvəzləşdirdiyi 900 manat ƏDV məbləğini büdcəyə bərpa etməlidir.

163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əmə liyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə;

163.1.2. əməliyyatın xarakteri dəyişdikdə;

Misal 2. Tutaq ki, A firması B firmasına 28 iyun 2020-ci il tarixində 11.800 manat (10.000 manat + 1.800 manat ƏDV) məbləğində mal satıb və həmin tarix də vəsaiti alıb. 30 günə yaxın müddət keçəndən sonra B firması A firmasına iddia bildirib ki, satdığı malların qiymətləri yüksəkdir, qiymətlər aşağı salınmasa, mal lar geri qaytarılacaq. A firması bunu qəbul edir və razılaşır ki, satdığı malların dəyəri 9.440 manat (8.000 manat + 1.440 manat ODV) məbləğində qəbul olunsun.

Bununla bağlı tərəflər 31.07.2020-ci il tarixində müvafiq sənədləşmələr aparırlar. A firması iyun ayının ƏDV bəyannaməsində dövriyyə kimi 11.800 manat (10.000 manat 1.800 manat ƏDV) göstərəcək və B firmasına elektron qaimə-faktura təqdim edəcək.

31.07.2020-ci il tarixdə isə əməliyyat üçün müəyyənləşdirilən kompensasiya dəyişdiyindən iyun ayında təqdim olunan elektron qaimə-faktura dəqiqləşmiş kimi yenidən 9.440 manat (8.000 manat + 1.440 manat DV) məbləğində verəcək. İyul 2020-ci il tarixli ƏDV hesabatında 163-cü maddəni əsas göstərərək dəqiqləşdirilən dövriyyə olmaqla, 2.360 manat (2.000 manat + 360 manat ƏDV) azaldılan dövriyyə yazılacaq.

 

         163.1.4. vergi ödəyicisi elektron qaimə- faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

         Misal 3. A müəssisəsi   2020-ci ilin may ayında B müəssisəsinə 1.180 manat. (o cümlədən 180 manat ODV) dəyərində mal göndərmiş, lakin alıcıya təqdim olunan elektron qaimə- fakturasında malın dəyərini səhvən 1.298 manat (o cümlədən 198 manat ODV) göstərmişdir. Malın dəyəri B müəssisəsi tərəfindən may ayında ödənilmişdir.

Müvafiq olaraq göstərilən əməliyyat üzrə may ayının bəyannaməsində A müəssisəsi büdcəyə 198 manat ƏDV hesablamış, B müəssisəsi isə 198 manat ƏDV məbləğini büdcə ilə əvəzləşdirmişdir. lyun ayında bəlli olmuşdur ki, may ayında təqdim olunmuş elektron qaimə fakturasında malın dəyəri səhv göstərilmişdir.

163.2. Vergi ödəyicisi Vergi Məcəlləsinin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:

163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud

163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.